Əlaqə Arxiv
news Image
2012.06.05
11:12
| A A A
Süd fabrikinə hücum edilib

Movqe.Az xəbər verir ki, İsrail döyüş təyyarələrinin dünən səhər saatlarında Qəzza bölgəsinə təşkil etdiyi hava hücumunda mərmilərin hədəfi bir süd fabriki olub. Hücumda 7 nəfər yaralanıb. Süd fabrikinə də böyük ziyan dəyib.

Fələstinli şahidlər, İsrail döyüş təyyarələrinin hava işıqlanmadan əvvəl Qəzza səmalarında görüldüyünü və dəhşətli partlayış səsi eşitdiklərini söyləyiblər.

İsrail radiosunun verdiyi xəbərə görə isə, Fələstin istehsalı bir mərminin İsrailin cənubunda olan Əşkul adlı bölgəyə düşdüyü və hər hansı bir ziyana səbəb olmadığını bildiriblər.

Sizin Reklam Yeriniz