Əlaqə Arxiv
news Image
2012.04.05
17:00
| A A A
Əfqanıstan qan gölünə döndü
Əfqanıstanın şimalındakı Faryab əyalətində təşkil edilən bombalı hücum nəticəsində 10 nəfər həyatını itirib və 26 nəfər yaralanıb.

Hadisə Əfqanıstanın Faryab əyalətinin paytaxtı Maymanada baş verib. Polis Lal Mohammad Ahmad Zai etdiyi şərhdə, hücumun motosikletli biri tərəfindən edildiyini və 4-ü polis 2-si uşaq olmaqla 10 adamın həyatını itirdiyini söyləyib. Hücumda aralarında vəziyyəti ciddi olan yaralanan 26 adamda var idi.

Hadisə zamanı bölgədə vəzifə yerinə yetirən bəzi NATO işçilərinin də zərər gördüyü söylənilib. Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik və Dəstək Gücündən verilən məlumatda, bu gün ölkənin şimalında 2 NATO əsgərinin öldüyü bildirilib.

Bu ana qədər hücumu kimin təşkil etdiyi bilinməsə də NATOnun regional rəsmilərinin şübhələndiyi ortaq təşkilat əl-Qaidədir. Ancaq əl-Qaidə bu ana qədər hər hansı bir verilən şərhdə tapılmayıb.


Yusifova Ziba


Sizin Reklam Yeriniz