news Image
2012.06.06
17:49
| A A A
Silahla şəkil çəkdirərkən öldü

Movqe.Az bildirir ki, Trevor Corc internetdə yazışarkən silahla poza verib. Ancaq bir anda səhvən silaha toxunan gənc həyatını itirib. Gəncin cəsədi isə bir gün sonra tapılıb.

ABŞ-ın Omaha şəhərində yaşayan 19 yaşlı Trevor Corc internetə qoşularaq kompüterin kamerasını açaraq insanlarla yazışmağa başlayıb. Açdığı kamerada əlinə bir silah götürərək poza verən Corc silahı başına tutub. Silahın boş olduğunu düşünən Corc həyatını itirib. İnternet vasitəsilə danışdığı yoldaşları Corcun şəxsiyyətini bilmədikləri üçün qəzanı polisə xəbər verə bilməyib.

Ancaq növbəti gün internetə girən Corcun bir yoldaşı qəzadan bəhs edildiyini görüb. Corcun şəxsiyyətini bilən yoldaşı polisi axtararaq qəzanı xəbər verib. Evə gələn polis ailəsinin silah səsini eşitmədiyini və oğullarının öldüyündən xəbərdar olmadığını görüb. Corcun yoldaşları "Bellevue" Universiteti şagirdinin tez-tez silahı başına istiqamətləndirib zarafat etdiyini söyləyiblər. Polis hadisənin qəza olduğunu açıqlayıb. Hadisə günü silahda niyə güllə olduğu bilinməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs