Əlaqə Arxiv
news Image
2014.02.13
14:24
| A A A
9 yaşlı uşağa təcavüz etdi, edam olundu!

Movqe.Az xəbər verir ki, ABŞ-ın Florida əyalətində 18 il əvvəl 9 yaşındakı bir oğlan uşağına təcavüz etdikdən sonra öldürən məhkum edam edilib.


ABŞ-lı səlahiyyətlilər , 46 yaşındakı Juan Karlos Çavezin Makalester şəhərindəki Florida Əyalət Həbsxanasında zəhərli qarışığın iynəylə vurulmasıyla 15 dəqiqə sonra öldüyünü açıqlayıb.


ABŞ Apelyasiya Məhkəməsi , Çavezin vəkillərinin edamın təxirə salınması üçün son dəqiqədə etdiyi şikayəti rədd etmişdi.


Çavez , 11 Sentyabr 1995-cu ildə Miamidə 9 yaşındakı Cimi Raysın başına silah söykəyərək  təcavüz etmişdi.

Çavez , daha sonra qaçmağa çalışan uşağı vurmuş və bədənini hissələrə ayıraraq sement doldurduğu saxsı qablara gömmüşdü .



Sizin Reklam Yeriniz