news Image
2012.04.06
00:15
| A A A
Somali Olimpiyada Komitəsinin prezidenti öldürülüb

Somalinin paytaxtı Moqadişoda keçən ay növbəti dəfə açılan milli teatrda baş verən hücum nəticəsində on nəfər həyatını dəyişib. Bu hücum həmləsini əl Şəbab qrupunun törətdiyi söylənilib. Ölənlər arasında Somalinin Olimpiyada Komitəsi ilə Futbol Federasiyasının prezidentləri də olub. Somali Olimpiyada Komitəsinin prezidenti Adin Yabarov Viş və Futbol Federasiyasının prezidenti Səid Məhəmməd Nur milli televiziyanın açılışının birinci ilinin qeyd edilməsi üçün teatra toplanıblar.

Hücum əsnasında Somalinin baş naziri Abdivəli Məhəmməd Əli də hadisə yerində olub. Baş nazir Abdivəli Məhəmməd Əli BBC-yə yara almadan xilas olduğunu izah edib və təcavüzkarın bir qadın olduğunu söyləyib.

BBC-yə çatan məlumatlara görə, yaralananlar arasında 3 televiziyaçı da olub. Son illərdə Moqadişu da daxil olmaqla ölkənin böyük bir qismini ələ keçirən əl Şəbab xadimləri, keçən il Afrika Birliyi tərəfindən şəhərdən çıxarılıb.O vaxtdan bəri, Moqadişu və şimalında sakitlik idi. İdman sahəsində fəaliyyətlər başlayıb, restoranlar və 1990-cı illərdə Somalidə vətəndaş müharibəsi başlayan zaman bağlanılan Milli Teatr keçən ay yenidən açılıb.

Amma Əl Şəbab, paytaxtda tez-tez bomba və hava topu hücumları təşkil edir.


Yusifova Ziba

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs