Əlaqə Arxiv
news Image
2012.06.11
12:27
| A A A
Azərbaycanda ağır yol qəzası baş verib: ölən və yaralanan var
Movqe.Az xəbər verir ki, Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. 

Qeyd edək ki, hadisə 9 iyun saat 16:00 radələrində Ələt-Astara magistralının 192-ci kilometrliyində - Lənkəranın Ürgə kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarə etməni itirərək, qəza törədib.

 Sürücü Lənkəran rayonunun sakini, Səfər Tələt oğlu Səfərli olub. O, qəfildən idarə etməni itirərək yoldakı maneələrə dəyərək çevrilib. Nəticədə sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə müxtəlif xəsarətlər alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz