news Image
2012.04.06
01:03
| A A A
Hyustonun öldüyü otel otağında üzərində ağ toz qalıqları olan qaşıq tapılıb

Mövqe.az xəbər verir ki, Amerikalı məşhur müğənni Uitney Hyuston öldüyü gün otel otağında üzərində ağ toz qalıqları olan bir qaşıq olduğu deyilib. Mövqe.az BBC-yə istinadən 48 yaşındakı müğənninin 11 Fevral tarixində otelin su ilə dolu hovuzunda üz üstü yatarkən tapıldığını bildirib. Müfəttişlər hamam otağında qatlanmış bir kağız parçası üzərində ağ toz qalıqları olan kiçik bir qaşıq və portativ bir ayna tapdıqlarını söyləyiblər. Keçən ay açıqlanan ilk hesabatdan daha detallı məlumatlar ehtiva edən 42 səhifəlik hesabatda Houstonun narkotika istifadəsi və ürək çatmamazlığı səbəbindən boğulduğu bildirilib.

Hesabatda həmçinin bildirilib ki müğənninin uzun müddətli narkotika istifadəçisi olması məsaməli buruna malik olduğundan da irəli gəlir.

Xatırladaq ki, Houston, Grammy partiyasına qatılmazdan əvvəl Beverly Hilton Otelindəki otağında ölü tapılıb.


Əfqanə Məzahirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs