Əlaqə Arxiv
news Image
2012.06.12
12:46
| A A A
Bu da Əsədin körpə qatilləri

Adı "Şebbiha Milisləri", Vəzifələri qadın, uşaq demədən Əsəd rejiminə qarşı gələn hər kəsi qətlə yetirməkdir.

Suriya kəşfiyyatı ilə iç-içə olan və xüsusi olaraq yetişdirilən "Şeb-biha"ların ortaq nöqtəsi rəhmsiz olmalarıdır. Hafiz Əsəd dövründə qurulan "Şebbiha"lar oğul Əsəd dövründə daha da güclənib.

 XÜSUSİ OLARAQ YETİŞDİRİLİRLƏR

Türkiyə mediası Suriyada Bəşər Əsədi iqtidarda tutan "Şebbihalar" (qarabasmalar) olaraq adlandırılan qatilləri araşdırıb. İnsanın qanını donduran vəhşi qırğınlar bu şəbəkələrin sənət əsəridir. Qollarında Əsədin şəkilini döymə etdirən bu azğınlaşmış insanlar, uşaqların boğazlarının kəsilməsi, qadınların öldürülməsi, insanların başlarına yaxın məsafədən atəş açılması kimi qan dondurucu hadisələr reallaşdırırlar. Hulada əksəriyyəti uşaq və qadın olan 108 vətəndaşı öldürənlər də bu şəbəkənin üzvləridir. Mənbələrin verdiyi məlumata görə ötən həftə Kusayrda 12 işçiylə Kubeyrdə 78 kəndlini qətlə yetirənlər də bu şəbəkədəndir.

 ƏVVƏL ORDU, SONRA ONLAR VURUR

Suriya hökumətinə bağlı "Şebbiha"lar olaraq adlandırılan milislərin ölüm silahları insanın qanını dondurur. Qatillərin sistemi belə işləyir: "Əsədın ordusu əvvəl ağır bombardmanlarla şəhərləri və qəsəbələri top və tank atəşinə tutur. Ardınca hücuma keçən "Şebbiha"lar, evləri və iş yerlərini dağıdıb hər şeyi külə döndərir. Aralarında olan sərrast nişançılar isə qadın, uşaq, yaşlı demədən vətəndaşlara güllə yağdırır. Sağ qalanlar isə boğazlarını kəsirlər.

 SEYDA YƏMƏN PLANINI TƏSDİQ ETDİ

Suriya kəşfiyyatının rəhbəri Əl Muhaberat və nizami orduyla daima əlaqəda olan "Şebiha"lar nümayişçilərə qarşı təşkil etdikləri hücumlarla Əsəd rejiminə zaman qazandırır. Atası Hafiz Əsədın ölümünün ardınca 2000-ci ildə ölkə rəhbəri seçilən Bəşər Əsədin dövründə "Şebiha" gücünün rejimlə əlaqələri daha da artıb. Ata Əsəd tərəfindən qurulan "Şebiha"lar rejim əleyhdarlarını məhv etməkçün əsas vasitədir. Bu vaxt, Suriya müxalifətinin yeni lideri Abdulbəsit Seyda, Yəmən planına təsdiq etdiklərini açıqlayıb. Seyda xüsusən Əsədin vəzifəsinin köməkçisi Faruk Elm Şaraya buraxmasına da müsbət baxdıqlarını dilə gətirib.

 BƏŞƏR ƏSƏDDƏN DÖYMƏLİ CANİLƏRƏ GÜNDƏLİK 150 AZN

 Milislərə Suriyada rekord deyilə biləcək rəqəmdə gündəlik təxminən 150 AZN ödənir. Londondan Suriya İnsan Haqqları Şəbəkəsini idarə edən Dr. Musab Azzavi, "Şebbiha"lar üçün, "Bunlar canavar kimidirlər. Böyük əzələləri, gur saqqalları, böyük göbəkləri var. Bədən inkişaf etdirmək üçün steroid qəbul edirlər. Danışdığımda çoxunun intellektualsəviyyəsinin də aşağı olduğunu gördüm. Rejimə kor-koranə bağlıdırlar" deyir.

Sizin Reklam Yeriniz