Bakıda yarım milyon dollarlıq cinayət
Bakı şəhər sakininə qarşı dələduzluq edilib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Sabir Məmmədov polisə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ədalət Nemət oğlu Fəttahova biznes qurmaq üçün 500 min ABŞ dolları verib. Lakin sonuncu ona qarşı dələduzluq edib.