Əlaqə Arxiv
news Image
2014.03.07
15:33
| A A A
Əsədin qadınlara təcavüz işgəncə mərkəzi

Suriyada Bəşər Əsəd rejiminin nəzarətə aldığı qadınlara sistemli şəkildə təcavüz işgəncəsi tətbiq etdiyi ortaya çıxıb. 


 Le Monde qəzetinin xüsusi xəbərinə görə, yaxınlarının gözləri qarşısında kütləvi təcavüzə məruz qalan qadın qurbanlara, Doktor Cetamol adlı bir həbsxana həkimi tərəfindən doğum nəzarət  həbi paylandığı deyilib.


Suriya rejiminin qadınları həbsxana xaricində də kütləvi şəkildə evlərdə işgəncədən keçirib və təcavüz edib görüntülərini çəkdikləri və görüntüləri ailələrindən döyüşən kişilərə göndərdikləri xəbərdə yer alıb. 


Movqe.Az xəbər verir ki, qadınların bətninə siçan ilə işgəncə etdikləri, hamilə qalan bir qadın abort ola bilmədiyi üçün intihar edərək özünü öldürdüyü də xəbərdə yer alıb. 


Kütləvi həbsxana təcavüzlərindən doğan uşaqlardan birinin atası tərəfindən balkondan atıldığı, qalanlarının isə Şam bölgəsində küçələrə atıldığı deyilib. 

Sizin Reklam Yeriniz