news Image
2012.06.13
18:01
| A A A
Azadlıq qəzeti 30 min manat cərimələndi

Movqe.Az xəbər verir ki, "Azadlıq" qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir. Yasamal Məhkəməsi iyunun 13-də belə qərar qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədov "Azadlıq" qəzetini defamasiyaya görə məhkəməyə verib. İddiaçı məhkəmədən qəzetin üzərinə təkzib vermək və 200 min AZN təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmağı xahiş edib. Bu gün Yasamal Məhkəməsinin hakimi Elçin Qurbanov metropoliten rəisinin iddiasını qismən təmin edib. Məhkəmə qərarına görə, "Azadlıq" qəzeti 8 aprel 2012-ci il sayında çap etdiyi "Tağı Əhmədov 5 qəpikləri mənimsədi" sərlövhəli yazıdakı bilgiləri təkzib etməli, bu yazıdan mənəvi zərər görən Tağı Əhmədova 30 000 AZN təzminat ödəməlidir.

"Azadlıq" qəzetini məhkəmədə Media Hüququ İnstitutunun vəkilləri təmsil ediblər. MHİ-nin məhkəmədə iştirak edən vəkili Fariz Namazlı məhkəmə qərarının qanunsuz olduğunu, müdafiə tərəfinin təqdim etdiyi etiraz və dəlilləri incələmədən qəbul edildiyini bildirib. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

T.Əhmədov qəzetdə dərc olunan "Tağı Əhmədov 5 qəpikləri mənimsədi" sərlövhəli məqalədən narazı qalıb. Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunub. Yasamal Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşılıb. İddiaçı hesab edirdi ki, yazıdakı "...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib..." cümlələri onun şərəf və ləyaqətini aşağılayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs