Əlaqə Arxiv
news Image
2012.06.16
19:13
| A A A
Film kimi soyğun

Movqe.az xəbər verir ki, Rumıniyada öz avtomobilləri ilə hərəkət halındakı yük maşınına arxadan yaxınlaşan şose yolu şəbəkəsinin müvəffəqiyyətsiz oğurluq cəhdinin hər saniyəsi polis vertolyotu kamerasına əks olunub. Oğrular içərisində olduqları avtomobillə uzun müddət müşahidə etdikləri hərəkət halındakı yük maşınının arxa tərəfinə yaxınlaşıb. Şəbəkə üzvlərindən biri lyuk vasitəsilə avtomobildən kənara çıxıb, digəri isə yoldaşının ayaqlarından tutaraq onun təhlükəsizliyini təmin edib. Lakin onların bütün səylərinə baxamayaraq yük maşınının arxa qapısı açılmayıb. Holivud filmlərindən heç də geridə qalmayan bu hadisə anbaan görüntülənib. Rumıniya polisinin ötən günlərdə çox saylı əməliyyatlar keçirərək şəbəkə üzvlərini nəzarətə aldığı bildirilib.

Sizin Reklam Yeriniz