news Image
2012.06.18
15:26
| A A A
10 milyon dollar bəxşişlə “xilas oldu”

Movqe.Az xəbər verir ki, "Facebook" istifadəçilərinin adlarını, fotoşəkillərini və bəyənmə seçimlərinə nəzarət etmə haqqlarını pozmaq ittihamı ilə açılan iddiada 10 milyon dollar ödəməni qəbul edib.

Dünyanın ən böyük sosial media şəbəkəsi, müxtəlif iddiaçılarla üzləşərək 10 milyon dollar hədiyyə qarşılığında iddianın qaldırılmasını təmin edib. Beş "Facebook" üzvü, sosial media şəbəkəsindəki "bəyəndim"lərin özlərindən soruşulmadan və pul ödənmədən "sponsorlu xəbərlər" hissəsində dərc edilməsi səbəbiylə iddia açmışdı.

ABŞ-ın Kaliforniya əyalətində açılan iddiada, sosial media şəbəkəsinin yerli qanunları pozduğu müəyyən edilib. Üzvlərin "Facebook" səhifələrində görünən reklam - "sponsorlu xəbərlər", bu reklamı bəyənən digər "Facebook" üzvünün adını, profil şəkilini görüntüləyir və bu, istifadəçinin göstərilən reklamı "bəyəndiyini" bildirir. Şikayətçilər isə öz profillərinə aid məlumat və "beyəndim"lərin öz istəkləri olmadan istifadə edilməsinə qarşı çıxıb.

MİLYARDLARLA DOLLAR TƏZMİNAT ÖDƏYƏ BİLƏRDİ

"Facebook" San Jose Federal Məhkəməsində aparılan işdə, iddiaçılarla keçən ay razılığa gəlib, ancaq xəbər bu həftə sonu ictimaiyyətə çatdırılıb. "Facebook" mövzu haqqında mətbuata açıqlama verməyi rədd edib.

Ekspertlər "Facebook"un iddiada böyük riskdən qurtulduğunu vurğulayıb. İddianın hər üç ABŞ vətəndaşından birinə nümunə olacağı, iddiaçıların sayının minlərə çatdığı halda şirkətin milyardlarla dollar təzminat ödəmək məcburiyyətində qalacağına diqqət çəkilib.

Sözügedən iddiada "Facebook CEO"-yi Mark Zuçerberqin, reklamda etibarlı qaynağın istifadəsini "reklamçılığın müqəddəs kasası" olaraq adlandırdığı önə çəkilib.

"Facebook"un əməliyyat direktoru Şerli Sandberq "Sponsorlu Xəbərlərin" "Facebook" reklamı ilə müqayisədə iki qat az qiymətli olduğunu deyib.

Ancaq iddiaya baxan məhkəmə Lusi Ko, "Kaliforniya qanunlarında, bir adamın adının, bir başqasının mənfəəti üçün istifadə ediləməyəcəyi yazılıb" açıqlamasını verib.

Hadisədən bir ay sonra yəni cümə günü "Facebook"un hissə dəyəri, 30.01 dolları olub. Bu rəqəm, hissələrin bazardakı vəziyyətini göstərən 38 dollardan 21 faiz aşağı olduğunu göstərir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs