news Image
2014.05.02
14:23
| A A A
Ata qızını müsəlman olduğu üçün öldürdü

İordaniyada, xristian bir gənc qızın müsəlman olmasından atası tərəfindən öldürüldüyü iddia edilib.


Movqe.Az xəbər verir ki, təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, İordaniya Universitetində İslam ilə əlaqədar bir konfransa qatılan xristian qız, müsəlman olmasına görə atası tərəfindən başına daşla vurularaq öldürülüb. 


Hadisəyə reaksiya göstərən bir qrupun, Aclun şəhərindəki kilsəyə basqın cəhdi etdiyi bildirilib. Xristian qızın atası tərəfindən öldürülməsinə etiraz edən və kilsəyə hücum etməyə çalışan aktivistlərin, təhlükəsizlik qüvvələrinin maneəsiylə qarşılaşdığı bildirilib. 


İordaniya məqamlarından mövzuya bağlı hələlik rəsmi bir şərh edilməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs