news Image
2014.05.06
17:34
| A A A
Azərbaycanlı güllələndi
Rusiyada azərbaycanlı şəxsin meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, 32 yaşlı azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. 

May ayının 4-də Sıçevski rayon növbətçi polis bölməsinə zibilxananın yaxınlığında, "Nikolski-Jornovka" yolunun kənarında üzərində zorakılıq əlamətləri olan meyit olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polislər meyitin üzərində odlu silah yaraları aşkar ediblər. Onun üzərində heç bir sənəd olmayıb. 

Əməliyyat tədbirləri nəticəsində ölən şəxsin Rusiyanın müxtəlif regionlarında işləməklə çörək pulu qazanan və Kostromsk vilayətində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu bəlli olub. Onun ölümündə əvvəllər məhkum edilmiş 52 yaşlı Nikolski kənd sakininin əlinin olduğu ehtimal edilib. Qətldə şübhəli şəxs arvadı və rəfiqəsi ilə spirtli içki içərkən saxlanılıb. 

Əməliyyatçılar müəyyən ediblər ki, saxlanılan şəxsin həyat yoldaşı hadisədən bir müddət öncə kafedə tanış olduğu rəfiqəsi və bir kişini evə dəvət edib. Üçlük bir yerdə içki qəbul edib. 

Səhər 52 yaşlı kişi evlərində yad kişini görüb və həyat yoldaşlı ilə dalaşmağa başlayıb. İlkin versiyaya görə, qonaq qadını müdafiə etmək istəyib. Lakin ev sahibi tüfəngini götürərək ona atəş açıb. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs