news Image
2012.06.29
15:39
| A A A
Azərbaycanlı deputata çixarılan ölüm hökmü qüvvədə saxlanıb

İran parlamentinin keçmiş deputatı, azərbaycanlı Səməd Qasımpura çıxarılan ölüm hökmü qüvvədə saxlanıb. "Media forum" saytının məlumatına görə, Səməd Qasımpur narkotik maddələri saxlamaqda və daşımaqda təqsirli bilinir. Keçmiş deputatın işinə Ali Məhkəmədə yenidən baxılsa da, əvvəlki hökm qüvvədə saxlanıb və hökmlərin icrası ilə məşğul olan şöbəyə göndərilib. Ötən əsrin 90-cı illərində Təbriz, Üskü və Azərşəhr şəhərlərindən İran parlamentinə deputat seçilən Səməd Qasımpurun nə vaxt tutulub mühakimə olunması haqda məlumat yayılmayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs