Əlaqə Arxiv
news Image
2012.07.03
17:36
| A A A
ABŞ ordusunun hədəfi çadralı qadın!
ABŞ ordusunun müsəlmanlara qarşı düşmənçiliyi yenə meydana çıxdı. Zabit hazırlığı üçün hazırlanan hədəf taxtasında çadralı bir qadın var.

Movqe.Az xbər verir ki, Virciniadakı dəniz komandilərinin təhsil mərkəzində əsgərlərin yaxın məsafəli döyüşlər zamanı istifadə olunan texnikalar üçün təlimdə istifadə etdiyi hədəf taxtasında, çadralı bir müsəlman qadın fotoşəkili və "Qurani-Kərim" ayələrinin istifadə edilməsi böyük rqalmaqala səbəb olub. Müsəlman vətəndaşların haqlarının müdafiə edən qurumlar Pentaqından əsgərlərin təlimində belə hədəflərdən istifadə edilməsinə son qoyulmasını tələb edib. Amerika-İslam Əlaqələri Şurası (CAIR) verdiyi bəyanatda "ölüm evi" olaraq adlandırılan mərkəzdə bir məscid, çadra taxan, silahlı bir müsəlman qadını və arxasında Qurandan ayələr olan hərəkətli hədəflərdən istifadə edildiyini açıqlayıb: "Bu təsvirlərin istifadə edilməsi günahdır və təlim keçən əsgərlər, müsəlman ölkələr üçün mənfi mesaj verir". Müdafiə naziri Leon Panettaya açıq məktub göndərn CAIR Direktoru Nihad Avad, "Pentaqon İslam və müsəlmanlarla əlaqədar bütün təhsil və təlim materiallarını etibarlı alimlər və mütəxəssislərlə birlikdə nəzərdən keçirib düzəltməlidir" deyib.

Panetta hələlik susur

Bu reaksiyalara da ABŞ donanmasının xüsusi qüvvətlərindən (Navy SEALs) açıqlama verilib. Donanma sözçüsü David Lloyd, "Virginia Beach"dəki mərkəzdə qeyd edilən təlim materiallarının artıq istifadə edilməyəcəyini açıqlayıb. Pannettadan isə hələ mövzuyla əlaqədar heç bir açıqlama verilməyib. Pentaqon da bu materiallara bağlı mətbuatdan gələn sualları cavabsız qoyub. Əvvəllər də ölkənin əhəmiyyətli hərbi məktəbi olan "Joint Forces Staff College"də İslam əleyhinə dərslər keçirildiyi ortaya çıxmışdı. Materiallarda, "İslamçı terroristlərdən qorunmaq üçün müsəlmanlara qarşı lazım olsa Hirosimadakı kimi atom bombası istifadə edilə biləcəyi və lazım olsa Məkkə və Mədinəyə nüvə hücum təşkil edilə biləcəyi" kimi "fikirlər" geniş yer almışdı. Dərsləri verən polkovnik-leytenant Mattyu Duley istintaqa cəlb edilib.

Sizin Reklam Yeriniz