news Image
2014.06.17
19:07
| A A A
Bakı Şəhər Prokurorluğu azyaşlının zorlanması ilə bağlı məlumat yaydı Bakı Şəhər Prokurorluğu azyaşlı uşağın zorlanması faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olaraq onun 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor tətbiq etməklə cinsi əlaqədə olub zorladıqdan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Rayon prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yaşar Yusifov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs