Əlaqə Arxiv
news Image
2014.06.19
18:03
| A A A
Dostuna ad günündə bakirə qız “hədiyyə” etdi
20 yaşlı gənc qız 7 kişi tərəfindən qrup şəklində zorlandı   Qazaxıstanın Aktübinsk vilayətinin inzibati mərkəzində gənc bakirə qıza qarşı seksual zorakılıq edən bir qrup kişiyə qarşı cinayət işi başladılıb. Teleqraf.com-un newsru.com-a istinadən verdiyi məlumata görə, hadisə müttəhim kimi dindirilən şəxslərdən birinin ad günündə baş verib. Belə ki, dostlarından biri tanışı olan gənc qızı etimadından sui-istifadə edərək, ad günü olan şəxsə "hədiyyə" edib. Baş verən xoşagəlməz olayda 7 kişinin adı hallandırılır. Hələ ki, onlardan 16, 20, 32, 35 və 39 yaşında olan beş nəfəri məhkəmə qarşısına çıxarılıb. Araşdırmalara görə, gənc qız Aktübinsk şəhərinə işləmək üçün gəlib və şəhərətrafı kəndlərin birndə fabrikdə çalışıb. Bir dəfə o, internetdə öz həmyaşıdı ilə tanış olub. Bir həftə sonra isə onunla görüşmək barədə razılığa gəlib.   Yeni tanışı onu dostunun ad gününə dəvət edib. Qız əvvəlcə imtina etsə də, tanışı israrlı olduğundan sonradan razılaşıb. Lakin "beş dəqiqəlik təbrik" qıza çox baha başa gəlib. O, əvvəlcə ad günü olan şəxsin, daha sonra isə onun 6 qonağının təcavüzünə məruz qalıb.  Faktla bağlı istintaq davam etdirilir. 
Sizin Reklam Yeriniz