Əlaqə Arxiv
news Image
2014.06.25
11:00
| A A A
Tovuzda qardaşının yasında dünyasını dəyişdi

Tovuzda bir evdə bir-birinin ardınca iki faciə baş verib.


APA-nın verdiyi xəbərə görə, iyunun  23-də axşam saatlarında Tovuz rayonu Sarıtala kəndi ərazisində baş vermiş qəzada ölən 52 yaşlı Sərdar Hüseynovun qardaşı Xaləddin Hüseynov qardaş itkisinə dözməyərək vəfat edib. Mərhumun qohumlarının bildirdiyinə görə, Bakıda yaşayan 1968-ci il təvəllüdlü X.Hüseynov ağır qəzada qardaşının ölümü və daha 5 qohumunun xəsarət almasından xəbər tutaraq təcili Tovuz rayonuna gəlib. Qardaşının yas mərasiminə yenicə gələn X.Hüseynov ağır itkiyə dözməyərək qəfil dünyasını dəyişib. Məlumata görə, mərhum elə həmin gün qardaşı ilə yanaşı rayonun Aşağı Quşçu kəndində dəfn olunub.  

 

Qeyd edək ki, qəza iyunun 23-də axşam saatlarında Tovuz rayonun Sarıtala kəndi ərazisində baş verib. Rayonun Aşağı Quşçu kənd sakini, 52 yaşlı Sərdar Hüseynov idarə etdiyi avtomobillə dağ yolları ilə hərəkət edərkən maşını aşırıb. Qəza zamanı sürücü dünyasını dəyişib, avtomobildə olan sərnişinlər, Aşağı Quşçu kənd sakinləri, 5 yaşlı Lalə Hüseynova, 46 yaşlı Aybəniz Hüseynova, 77 yaşlı Gülarə Hüseynova, 19 yaşlı Səbinə Hüseynova və 46 yaşlı Sevinc Hüseynova ağır bədən xəsarətləri alıb.

 

Yaralılar  Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, Hüseynovlar ailəsi Aşağı Quşçu kəndindən Sarıtalaya qonaq gedirlərmiş.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Sizin Reklam Yeriniz