news Image
2014.06.27
12:46
| A A A
Bəy toyunda bıçaqlandı

Qobustanda toyda iştir ak edən gənclər arasında dava düşüb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib. Movqe.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Nabur kəndində toy mərasimi zamanı qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Məhyəddinov Elnur Faiq oğlu özünün toy mərasimində dəvət etdiyi qonağı tərəfindən bıçaqlanıb.


Məlumata görə, toy mərasimində spirtli içki qəbul edən gənclər arasında şəxsi münasibətlər zəminində dava baş verib. Davaya toyu olan Elnur Məhyəddinov da qoşulub. Hadisə zamanı onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Bəkirov İsmət Əli oğlu üzərində gəzdirdiyi bıçaqla Elnur Məhyəddinova bir neçə dəfə xəsarət yetirib. Yaralı təcili olaraq Qobustan Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 


Hadisəni törədən İsmət Bəkirov tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil. Əlbəyaxa dava zamanı bir neçə nəfərin yüngül xəsarət aldığı da bildirilib.


Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs