Əlaqə Arxiv
news Image
2014.06.30
11:14
| A A A
Siyəzəndə ər arvadını bıçaqlayıb

Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhəri, Babaverdi Dəmirov küçəsi 27 ünvanında yaşayan 1994-cü il təvəllüdlü İsgəndərova Səbinə Əbil qızı bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

 

Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Aparılan araşdırmalardan sonra 20 yaşlı qadınının həyat yoldaşı, 1992-ci il təvəllüdlü Siyəzən şəhər sakini İsgəndərov Muradxan Bahadur oğlu tərəfindən bıçaqlandığı müəyyənləşdirilib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

 

Siyəzən Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə mübahisə zəminində baş verib. Mübahisəyə səbəb isə S. İsgəndərovanın həyat yoldaşından xəbərsiz atasıgilə getməsi olub.

 

Bundan əsəbiləşən M. İsgəndərov qayınatasının evinə gəlib, orada həyat yoldaşına bıçaq xəsarəti yetirərək, hadisə yerindən qaçıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Sizin Reklam Yeriniz