Əlaqə Arxiv
news Image
2014.07.07
10:15
| A A A
Bakıda 20 yaşlı gənci bıçaqladılar

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Movqe.az anspress-ə istinadən bildirir ki, rayonun Əliyar Əliyev küçəsində baş vermiş hadisə zamanı 20 yaşlı gəncin qanı axıdılıb. 


Məlumata görə, Kürdəmir rayon sakini Hüseynov Zakir Şahmar oğlu naməlum şəxs və ya şəxslərə etdiyi mübahisənin sonunda bir neçə bıçaq xəsarəti alıb. 


Yaralı gənc təcili olaraq 1 saylı şəhər xəstəxanasına aparılıb. 


Xəstəxanada aparılan müayinə xamanı Zakir Hüseynovun bud nahiyəsində bir neçə bıçaq izinə rast gəlinib. 


Dərhal əməliyyat olunan gəncin vəziyyətinin normal olduğu deyilir.

Sizin Reklam Yeriniz