news Image
2014.07.14
20:21
| A A A
Şəmkir sakini qonaq getdiyi evdən oğurluq edib

Şəmkirdə dostunun evinə qonaq gedən şəxs əvvəlcə həmin mənzildə istirahət edərək əylənib, daha sonra evdə olan qızıl-zinət əşyalarını oğurlayaraq aradan çıxıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verib ki, Şəmkir sakini Arifə Bəhlulovanın mənzilindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis oğurluqda şübhəli kimi 27 yaşlı Firdovsi Məmmədovu saxlayıb. Hadisə baş verən gün F.Məmmədov ev sahibinin oğlu Anarla birlikdə həmin ünvana gəlib. Burada bir qədər istirahət edən dostlar daha sonra evi tərk ediblər. Evdə heç kimin olmadığını bilən Firdovsi Məmmədov yenidən həmin mənzilə qayıdaraq oradan oğurluq edib.

Saxlanılan şəxs F.Məmmədov hadisəni içili halda törətdiyini bildirib: "Həmin dostumun evində oldum. Açarı qoyduğu yeri gördüm. Sonra içkili halda gəlib oradan oğurluq etdim".

Əvvəllər dələduzluq etdiyi üçün məhkumluq həyatı yaşayan F.Məmmədov oğurladıqlarını satmağa macal tapmayıb. Polis hadisədən bir gün sonra onun yerini müəyyən edərək saxlayıb.

Şəmkir polisi hadisəylə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir. Saxlanılan şəxsin bu kimi cinayətlər törədərək başqa kimlərə ziyan vurduğu araşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs