Ana iki uşağını maşınla vurdu
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər
verir ki, 25 yaşlı qadın içkili vəziyyətdə sükan arxasında olan
zaman iki azyaşlı uşaqlarını maşınla vurub. Uşaqların hər ikisi
başından zədə alıb. 5 yaşlı oğlunu və 1 yaşlı qızını maşınla vuran
anaya qarşı cinayət işi açılıb. Anaya bundan əvvəl də içkili maşın
idarə etməsinə görə xəbərdarlıq edilmişdir.