news Image
2014.09.03
11:11
| A A A
Bakıda iki qız qaçırılıb, anası şantaj edildi (VİDEO)

Qaçırılan qızın qayınanası şantaj edib.

Sabunçu rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 5 b-də yaşayan Qızbəs Muradova ömrünü, gününü iki qızına həsr edib.

Movqe.az saytı ANS TV-yə istinadən xəbər verir ki, Qızbəsin dediyinə görə, illər öncə onun həyat yoldaşı vaxtsız-vədəsiz dünyasını dəyişib.O da iki qızını öz gücünə böyüdüb başa çatdırmalı olub. İndi isə iki qızını itirən ana onların yoxluğundan çarəsiz qalıb. Qızbəs xanım deyir ki, bir müddət öncə o, evdə olmadığı vaxt qızı Nərgiz Muradova tanımadığı Yunus adlı şəxs tərəfindən qaçırılıb. Xəbəri duyan ana dərhal Yunusun anası ilə əlaqə saxlayıb.Qaçırılan qızın qayınanası isə onu şantaj edərək deyib ki, əgər sən bu barədə polisə xəbər etsən, ikinci qızın Aytacın üzünü bir daha görməyəcəksən.Buna baxmayaraq ana deyilənlərə əməl etməyərək polisə müraciət edib. Daha sonra ikinci qızı 1992-ci il təvəllüdlü Aytac yoxa çıxıb.Ananın polisə müraciətindən sonra Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları onu Binəqədi rayonunda yerləşən parklardan birindən tapıb anaya qaytarıblar. Anası tərəfindən evə gətirilən qızda anormal hərəkətlər müşahidə edilib. Qızbəs xanım deyir ki, Aytac qonşuluqda yaşayan başqa ölkənin vətəndaşı olan qızlarla dostluq edirmiş. Daha sonra o, evdən icazə almadan çıxmağa başlayıb. Tapılandan bir neçə gün sonra isə Aytac evdən telefon və pulları götürərək çıxıb və bir daha geri qayıtmayıb. Bütün bunlar Qızbəsin sözləridir.

İlk olaraq Nərgiz xanımın qayınanası ilə əlaqə saxladıq. Aytacın ən son nə vaxt bacısı ilə danışdığını və onun kimlər tərəfindən qaçırıldığını öyrənməyə çalışdıq.Daha sonra şikayətçi ilə bərabər qonşuluqda yaşayan Aytacın rəfiqəsi olan milliyyətcə qırğız Tsuna xanımın yaşadığı ünvana üz tutduq.Xanım bildirib ki, onunla ən son keçən il görüşüb. Amma aralarında heç bir yazışma və yaxud münasibət olmayıb.Bütün deyilənlərlə kifayətlənməyib Sabunçu rayon 13-cü polis bölməsində olduq. Sahə müvəkkili bildirdi ki, həmin iş Sabunçu Rayon Polis İdarəsində araşdırılır. Qurumun cinayət axtarış şöbəsindən verilən məlumata görə, Aytac Muradova birinci dəfə tapılarkən izahatı alınıb. Orda 22 yaşlı xanım bildirib ki, o, bir daha evdən gedərsə, anasının şikayətinə əsasən axtarılmasın.Amma buna baxmayaraq polis idarəsi qızın axtarışına başlayıb. Maraqlıdır, birinci dəfə tapılan qızın kimlər tərəfindən necə qaçırıldığı hələ ki, müəyyən edilməyib. İndi qızları üçün fəryad edən ananın tək ümidi hüquq-mühafizə orqanlarının axtarış işlərinin nəticəsinə qalıb.