news Image
2012.07.16
15:19
| A A A
Küçədə təcavüz Hindistanı ayağa qaldırdı

Movqe.az xəbər verir ki, Hindistanda gecə klubundan çıxan qadın 20 adamın hücumuna uğrayıb. Küçə ortasında təcavüz edilən və döyülən qadını həmin vaxt oradan keçən jurnalist görüntüləyib. YouTubeda yayılan video xalqı ayağa qaldırıb.

Videoda görülən adamlardan 6-nın saxlanıldığı bildirilib.Görüntülərdə 20 adamın küçədə çevryə aldıqları qadını yerdə sürüdüyü, üzərində siqaret söndürdüyü və təcavüz etdiyi görülür. Küçədən keçənlərin və ətrafdakı dükan sahiblərinin qadına kömək etməməsi böyük reaksiyaya səbəb olub. Polisin hadisə yerinə 45 dəqiqədə gəlməsi də xalqın üsyan etməsinə gətrib.

Video yayıldıqdan sonra hadisəni törədənlərin şəkilləri polisə paylanıb. Təhlükəsizlik səlahiyyətliləri xalqın hadisəyə böyük reaksiya verdiyini nəzərə alaraq işi sürətləndirib.

Hadisəni videoya çəkən Mukul Kalita mövzuyla əlaqədar bunları söyləyib: "Kütlənin arasına girdim. Qadın məni görüncə kömək istədi. Qadına əziyyət edən adamlar mənə niyə ona kömək etmək istədiyimi soruşdular. Polisi axtardım. Mənə hadisədən xəbərləri olduğunu və yolda olduqlarını söylədilər".

Polis hücuma uğrayan və şəxsiyyəti açıqlanmayan qadının sağlamlıq vəziyyətinin yaxşı olduğunu söyləyib.

Tural QABİLOĞLU  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs