news Image
2014.09.25
10:26
| A A A
Bakıda sərxoş sürücü qəza törədib

Bakıda sərxoş sürücü qəza törədib.


APA-nın məlumatına görə, hadisə Xətai rayonundakı körpüdə baş verib.

 

"90 SC 899" dövlət nömrə nişanlı "BMW"ni idarə edən və hələlik kimliyi məlum olmayan sürücü yüksək sürətlə körpünün aşağısındakı tuneldən geri dönmək istəyib. Yol kənarında beton maniyəni gözdən qaçıran sürücü qəza törədib. Hadisə nəticəsində avtomobilin ön hissəsi tamamilə yararsız hala düşüb. Sürücü isə, hadisə yerinə yol patrul xidmətinin əməkdaşlarının yaxınlaşdığını görərək cəld qaçıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən sürücü sərxoş olub. O, qəzadan sonra taksiyə əyləşərək hadisə yerini tərk edib. Hadisə  yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.  Dərhal Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları qəza törədərək qaçan sürücünün axtarışına başlayıblar.

 

Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır