Əlaqə Arxiv
news Image
2014.09.29
13:00
| A A A
"OZMO"da narkotik tapıldı

Kətənin içində heroin,tiryək və həşiş olub

 3 saylı İT-yə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən anspress-ə verilən məlumata görə, xidmət əməkdaşları 3 saylı İstintaq təcridxanasında saxlanılan Elbrus Gülbala oğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33 ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilblər. 


Sovqatın içərisində olan "OZMO" kətəsinin işərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır. 


Qeyd edək ki, E.Cavadov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilib. 

Sizin Reklam Yeriniz