news Image
2012.07.18
12:03
| A A A
Azərbaycanda korrupsiyada ittiham olunan yeddi nəfər ölkədən qaçıb
APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, məhkəməyə göndərilən cinayət işlərindən 98 şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində 41 cinayət işi rayon (şəhər) məhkəmələrinə göndərilib.

Həmin cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilən 82 cinayət işi üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Məhkəmədə baxılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb. K. Əliyev həmçinin qeyd edib ki, hesabat dövründə idarənin şöbələrindən daxil olan 104 əməliyyat tapşırığı icra olunub, axtarışda olan 21 şəxsdən 14 nəfəri tutulub istintaqa təhvil verilib. Hazırda axtarışda olan 7 şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması müəyyən edilib və onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs