news Image
2012.07.18
12:14
| A A A
İki gün əvvəl neytral ərazidə ermənilər tərəfindən vurulan hərbiçimizin meyiti tapılaraq ailəsinə təhvil verilib

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ərazi mütəmadi atəşə tutulduğundan neytral bölgədə vurulmuş Elçin Orucovu gündüz saatlarında axtarıb tapmaq mümkün olmayıb. Qaranlıq düşdükdən sonra isə əsgərin vurulub qaldığı yeri müəyyən etməkdə problemlər yaranıb. Yalnız dünən onun həlak olduğu məlum olub və şəhid əsgərimizin meyiti hadisə yerindən götürülüb. Tərtər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Elçin Orucovun cənazəsi əvvəlcə onun xidmət etdiyi hərbi hissəyə gətirilib, oradan isə doğulduğu Seydimli kəndinə göndərilib. O bu gün torpağa tapşırılacaq. 

Allah rəhmət eləsin!
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs