Əlaqə Arxiv
news Image
2014.10.20
12:01
| A A A
Bakıda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Bakı şəhər Baş Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobilin  idarəetməsini itirərək aşırıb.

 

Nəticədə, Q.Əliyev, sərnişinləri - 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə xəstəxanaya yerləşdiriliblər. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb. 


Sizin Reklam Yeriniz