news Image
2014.10.21
11:43
| A A A
ABŞ-da kütləvi qadın cəsədləri tapılıb

ABŞ-da görməyə vərdiş etdiyimiz dəhşətli mənzərə yenidən baş verib. Nəzarətə alınan Darren Vann adlı bir nəfərin etiraflarından sonra edilən araşdırmalarda, Hammond və Qaridə, 4 bölgədə 7 qadına aid cəsəd tapılıb. 

  

ABŞ-ın İndiana əyalətində baş verən ardıcıl qətldə 7 qadının cəsədi tapılıb. İndiananın Hammond şəhərində, cümə axşamı nəzarətə alınan Darren vann adlı bir nəfərin etiraflarından sonra edilən araşdırmalarda, Hammond və Qaridə, 4 bölgədə 7 qadına aid cəsəd tapılıb. 


Hammond Təhlükəsizlik müdiri Con Doqtunun etdiyi şərhdə, Qari şəhərindən cinsi şiddət təqsirkarı 43 yaşlı Vannın etiraflarından sonra edilən araşdırmalarda, cəsədlərdən birinin Hammond şəhərindəki bir oteldə, üçünün tərk edilmiş bir evdə və digərlərinin isə müxtəlif bölgələrdəki tərk edilmiş evlərdə tapıldığını bildirib.


 

Qari Bələdiyyə Başçısı Karen Freeman-Uiilsonun etdiyi şərhdə, məlumatların gəlməyə davam etdiyini və yalnız Qaridə deyil, Qarinin şimal-qərbindəki bəzi bölgələrdə də qurbanların ola biləcəyi deyilib.


Araşdırmalar 2 qadının şəxsiyyətinin təsbit edildiyini,  birinin 19 yaşındakı Afrika Hardi və digərinin isə 35 yaşındakı Anith Cons olduğu qeyd edilib. Anith Consun 8 oktyabrdan bəri itkin olduğu deyilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs