news Image
2014.10.25
12:00
| A A A
Bacısının başını kəsən qızı nə qədər həbs gözləyir?
Movqe.az xəbər verir ki , bu sözləri axar.az-a hüquqşünasMüzəffər Baxışovmusiqi kollecinin tələbəsi olanPərvanə Nuriyevanın 20 yaşlı bacısıGünel Nuriyevanı vəhşicəsinə qətlə yetirməsi ilə bağlı danışarkən dedi.

Hüquqşünas bildirdi ki, cinayəti törədən qızın yaşı 18-dən az deyilsə, adi qaydada mühakimə ediləcək:

"Ona cəza verilən zaman yetkinlik yaşına çatmışlar üçün nəzərdə tutulmuş qaydada cəza tətbiq ediləcək. Yetkinlik yaşına çatmasaydı, ona 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası tətbiq edilə, ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilə bilməzdi. Lakin bu cinayəti yetkinlik yaşında törədibsə, Cinayət Məcəlləsinin 120.1 maddəsinə görə, ona cinayət işi açılacaq. Bu əməllərə görə ən yüksək hədd - 14 il cəza nəzərdə tutulub".

M.Baxışov qeyd edir ki, cinayəti törədən qız ömürlük də həbs cəzası ala bilər:

"Gələcəkdə onun əməlinə Cinayət Məcəlləsinin 120.2 maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar tövsiyə olunsa, ona 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası da təyin edilə bilər. Ancaq bu, konkret məhkəmənin səlahiyyətindən asılıdır. Məhkəmə işi araşdırıb qanunla nəzərdə tutulmuş yüngül cəza tətbiq edə bilər. Və ya ola bilər ki, məhkəmə 72-ci maddəni tətbiq edərək ona təyin edilmiş cəzanı şərti hesab etsin. Bütün bu məsələlər məhkəmənin hökmündə görünəcək".

M.Baxışovun sözlərinə görə, cinayətkarın psixoloji probleminin olduğu təsdiqlənsə, həbs edilməyə bilər:

"Bildiyimə görə, qətli törədən qızın psixoloji problemləri olduğu qeyd edilir. Əgər qeyd edilənlər təsdiqlənsə, onun psixi xəstəliklərlə bağlı problemi olsa, açılmış cinayət işinin icrasına xitam verilə bilər. Bu təqdirdə iş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilə bilər. Şizofreniya, kəmağıllıq kimi xəstəliklər aşkar edilsə, Cinayət Məcəlləsinin 22-ci maddəsinin tələblərinə görə, cinayətin anlaqsız vəziyyətdə törədilməsi barədə qərar qəbul edilməsi gözləniləndir.Belə olduqda iş ittiham hökmü ilə deyil, qərarla və onun barəsində xəstəliyinin xarakterindən asılı olaraq tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilə bilər. Belə halda o, məcburi qaydada tibbi müalicə alır".

Qeyd edək ki, oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, bina 1 "a" mənzil 39-da yaşayan 20 yaşlı Günel Nuriyeva bacısı Pərvanə Nuriyeva tərəfindən vəhşicəsinə qətlə yetilirib. Bacısı əvvəlcə G.Nuriyevaya çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra isə onun boğazını kəsib.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni Xətai Rayon Prokurorluğu araşdırır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs