news Image
2012.07.23
15:00
| A A A
Damarına süd vurulan körpə dünyasını dəyişdi
Movqe.Az bildirir ki, İtaliyada səhvən damarlarına süd vurulan, vaxtından erkən doğulmuş körpə dünyasını dəyişib.

Bu böyük səhv paytaxt Romanın ən əhəmiyyətli xəstəxanalarından biri olan "San Giovanni Addolorata" xəstəxanasında baş verib.

Filippinli bir ailənin uşağı olan və vaxtından tez, 30 həftəlik dünyaya gələn körpə müalicəyə alınıb​​.

Körpənin müalicəsi üçün tətbiq olunan dərman yerinə onun damarlarına süd vurulub.

Şüşələrin qarışması ilə bu böyük səhv nəticəsində körpə az bir vaxt ərzində dünyasını dəyişib.

Roma Respublika Prokurorluğu körpənin ölümündən məsul olan həkim və tibb bacıları haqqında istintaq açan zaman mövzuyla əlaqədar xəstəxanadan hələ bir məlumat gəlməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs