Əlaqə Arxiv
news Image
2012.07.25
11:26
| A A A
Qana prezidenti vəfat edib
Qana prezidenti Con Evans Atta Millz paytaxt Akkrada 69 yaşında vəfat edib. "Ürək ağrısı ilə Qana Respublikasının prezidentinin qəfil vaxtsız ölümü barədə məlumat veririk", deyə prezident administrasiyasının məlumatında bildirilir.
Millzin xəstəliyi barədə onun vəfatından bir neçə saat əvvəl elan olunub. Xəstəliyin mahiyyəti barədə məlumat verilmir.
Millz 2009-cu ildə müxalifətçi Milli Demokratik Konvent partiyasının namizədi olaraq seçkilərdə 50,23% səs toplayaraq hakimiyyətə gəlmişdi. Hüquqşünas olan Millz 1997-2001-ci illərdə Qananın vitse-prezidenti olub.
 
Sizin Reklam Yeriniz