Əlaqə Arxiv
news Image
2015.01.04
22:15
| A A A
Taksi sürücüsünün başından vurdular

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Uşak bölgəsində baş verib.

65 yaşlı taksi sürücüsüRamazan Yıldızxantaksisindən 40 metr kənarda öldürülmüş halda tapılıb.

Belə ki, R.Yıldızxan bir neçə gün evə getmədikdən sonra ailəsi polisə müraciət edib.

Axtarışlar başladılıb və 65 yaşlı taksi sürücüsünün cəsədi tapança ilə başından vurulmuş halda tapıblar. Polisdən verilən məlumata görə, sürücünün pul kisəsi maşında tapılmayıb. Onun pul üçün öldürüldüyü düşünülür.

Xatırladaq ki, taksi sürücülərinin pul üçün öldürülməsi Türkiyədə ilk dəfə deyil. İl ərzində bu kimi hallar dəfələrlə təkrarlanır.

Sizin Reklam Yeriniz