Əlaqə Arxiv
news Image
2015.01.05
10:57
| A A A
Azərbaycanlı jurnalistin oğlu intihar etdi

AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib.

Movqe.Az xəbər verir ki, bu barədə publika.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib.

İntihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir.

İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.

Hadisənin təfərrüatı araşdırılır.
Sizin Reklam Yeriniz