Əlaqə Arxiv
news Image
2015.01.07
16:40
| A A A
Anasını qətlə yetirən şəxsdən yeni xəbər

Movqe.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Mahmud Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Nağıyev Mahmud Ramiz oğlu anası, 1975-ci il təvəllüdlü Nağıyeva Pərvanə Ataxan qızına aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. Bəbənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti alan Pərvanə Eyvazova hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib.

Sizin Reklam Yeriniz