DİN Bakıda əməliyyat keçirdi
Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat keçirib.
Movqe.az bildirir ki, ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Təhlükəsiz Şəhər Xidməti, Salyan rayon polis şöbəsi və Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Elnur Qiyamovdan və Toqfiq Abbasovdan hədə-qorxu ilə pul və qızıl əşyalar almış qrupun digər üzvü - Bakı şəhər sakini Elvin Həsənzadə tutulub.
Polislər onu idarə etdiyi "Runna" markalı avtomobildə saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.