Əlaqə Arxiv
news Image
2015.01.15
16:17
| A A A
Dünən Azərbaycanda 28 nəfər tutulub

Dünən Azərbaycanın daxili işlər orqanları tərəfindən 70 cinayət faktı qeydə alınıb onların da 27-si "isti izlər"lə açılıb.

Movqe.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

Sizin Reklam Yeriniz