Əlaqə Arxiv
news Image
2012.07.31
12:45
| A A A
Metroda qızlar şəbəkəsi

Movqe.az xəbər verir ki, NyuYork metrosunda 8 nəfərlik qız şəbəkəsi onlara sakit olmalarını söyləyən qoca kişini bıçaqlayıb.Qoca yaralı olaraq xəstəxanaya qaldırılıb. Manhattanda yerləşən dayanacaqda səhər işə gedən 63 yaşlı amerikalı qoca sərxoş qızlara sakit olmalarını deməklə həyatındakı ən böyük səhvi edib. Əllərində pivə səs-küy salan 17-20 yaş arasındakı qızlar bu xəbərdarlıqdan sonra özlərindən çıxaraq qocanı döyməyə başlayıblar. Qızlardan biri qocanın sol çiyninə bıçaq batırıb. Hadisənin metroda olması səbəbiylə qısa müddətdə təhlükəsizlik və sağlamlıq qruplarının gələrək qocanı xilas edib. Gənc qızlar şəbəkə yaratmaq, əlverişsiz davranış, təhdid, cinayət silahı saxlama və cinayətə təşəbbüs təqsirlərindən sorğulanaraq həbs olunub.

Sizin Reklam Yeriniz