Əlaqə Arxiv
news Image
2015.01.22
14:25
| A A A
Bakıda "Yehova şahidləri” təriqətini təbliğ edən iki nəfər saxlanıldı

Paytaxt sakinlərindən qadağan olunmuş kitablar götürülüb.

Movqe.az xəbər verir ki, APA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov "Yehova şahidləri" dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təhvil veriliblər.

Saxlanılan şəxslərdən təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülüb və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.

Sizin Reklam Yeriniz