Əlaqə Arxiv
news Image
2012.04.11
17:54
| A A A
Hindistanda 23 nəfəri yandıran şübhəlilər həbs olunub

Hindistanın Qucarat əyalətində 10 il bundan əvvəl bir qrup müsəlmanı yandırmaqla təqsirləndirilən şübhəlilərin davasına baxan məhkəmə 23 nəfər hindunun günahkar olduğunu bildirdi. Məhkəmə zamanı 23 şübhəli də bəraət qazanıb, biri isə məhkəmə zamanı ölüb. Şübhəlilər qiyam qaldıran hindulardan qaçaraq bir evə sığınan 23 müsəlmanı atəşə verməkdə təqsirləndirilib.

Qucaratda 2002-ci ildə bir qatarda çıxan yanğında 60 hindu ölüb və hindu kütlələri bu qatarda baş verən yanğında müsəlmanların əli olduğunu bildirib, buna görə də intiqam məqsədiylə üç gün ərzində müsəlman məhəllələrində terror aktı törədiblər.

Qiyam zamanı çoxu müsəlman olmaqla mindən çox adam həlak olub. Qucarat rəsmiləri qiyamı dayandırmaq üçün kifayət qədər səy göstərməməkdə təqsirləndirilib.


Ziba Yusifova

Sizin Reklam Yeriniz