Əlaqə Arxiv
news Image
2015.01.24
12:07
| A A A
Gəncədə bir gecədə iki bıçaqlanma hadisəsi
Gəncədə səhər saat 5 radələrində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.

Movqe.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsində yerləşən tələbə yataqxanasının qarşısında baş verən hadisə nəticəsində Gəncə şəhər sakini 22 yaşlıAraz Dursunovbıçaqlanıb.

Yaralı hadisə yerinə çağrılan təcili yardım maşını ilə TTYX-ya gətirilib. Həkimlər dərhal onu əməliyyat ediblər.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Gəncədə daha bir bıçaqlanma hadisəsi gecə saat 3 radələrində şəhərin almüniumçular qəsəbəsi adlanan ərazidə, Metallurq idman kompleksinin yaxınlığında baş verib. Gəncə şəhər sakini 32 yaşlıMəhəmməd Bağırovqarının daxilə keçən kəsilmiş deşilmiş yarası diyaqnozu ilə TTYX-ya çatdırılıb. Həkimlər yaralını dərhal əməliyyat ediblər. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Sizin Reklam Yeriniz