Əlaqə Arxiv
news Image
2015.01.29
12:40
| A A A
Bakıda ölümə səbəb olan avtobus sürücüsünə 8 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törədən Qax rayon sakini Sərxan Eyvazlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Sərxan Eyvazlı 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il oktyabrın 23-də Nərimanov rayonunda baş verib. Şəhər sakini Asəf Şirinov ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Daewoo" markalı, 82 saylı xətt avtobusunun sürücüsü Sərxan Eyvazlı həbs edilib.

Sizin Reklam Yeriniz