Əlaqə Arxiv
news Image
2012.08.09
14:46
| A A A
Fətulla Hüseynovun oğlu yol qəzasında dünyasını dəyişib
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Yüksək sürətlə idarə olunan, 1964-cü il təvəllüdlü Hüseynov Tahir Fətulla oğluna məxsus "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya yerləşdirilib. 
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs "Qara polkovnik" kimi tanınmış Fətulla Hüseynovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
 
Sizin Reklam Yeriniz