Əlaqə Arxiv
news Image
2012.08.09
15:16
| A A A
Naqasakinin bombalanmasından 67 il ötür
Movqe.Az xəbər verir ki, avqustun 9-da Nagasaki şəhərində II Dünya müharibəsinə son qoyan atom bombalanmasının 67-ci ildönümü qeyd olunur. Naqasaki sakinləri atom bombasının atıldığı dəqiqələri, 11.02-ni sükutla qarşılayıblar. 
Nagasaki meri Tomihisa Taue 1945-ci ilin bu günündə ABŞ-ın bombalaması nəticəsində həlak olan 74.000-ə yaxın insanın xatirəsinə həsr olunmuş anım mərasimində çıxış edib.
O, bu ilin martında "Fukusima" atom elektrik stansiyasında partlayış nəticəsində ziyan çəkmiş insanlara da öz yardımını vəd edib. 8,9 bal gücündə zəlzələdən sonra "Fukusima" atom elektrik stansiyasının reaktorlarından birinin soyutma sistemi sıradan çıxmışdı.
Nagasaki meri həmçinin Yaponiya mərkəzi hökumətinə müraciət edib ki, "cəmiyyəti radioaktivlik qorxusundan azad etmək üçün yeni enerji siyasətini hədəf götürsün".
Anın mərasimində çıxış edən baş nazir Yoşihiko Noda isə nüvə silahlarının ləğvinə çağırıb.
Naqasakidən 3 gün əvvəl ABŞ aviasiyası Xirosima şəhərinə atom bombası atıb, 140 mindən çox adam həlak olub.
Sizin Reklam Yeriniz