Moskvada Napoleonun uçura bilmədiyi evi uçurdular
Moskvanın tarixi Arbat küçəsində 1788-ci ildə tikilmiş evin uçurdulması şəhərdə böyük narazılıq yaradıb.
Lent.az-ın "Komsomolskaya pravda" qəzetinə
istinadən verdiyi xəbərə görə, 18-ci əsri axırı, 19-cu əsrin
əvvəllərində çar ordusunun poruçiki Milqunova məxsus olan evin
yerində "SKT PRAM" şirkəti ticarət mərkəzi tikmək istəyir. Tarixi
evin uçurdulması haqda sərəncamı isə keçmiş Moskva meri Yuri Lujkov
veribmiş.
Artıq şəhər ictimaiyyət evin uçurdulması ilə bağlı aksiyaya
başlamaq qərarına gəlib. "Arxnadzor" təşkilatının sədri Konstantin
Mixaylov qəzəblə bildirib ki, "Napoleonun hücumuna, yanğınına davam
gətirdi, uçmadı, bu vandallar indi onu yerlə bir etdilər".
"Arxnadzor" adıgedən şirkəti məhkəməyə verməyə də
hazırlaşır.