news Image
2012.08.17
11:12
| A A A
İldırım Məmmədov vəfat edib

Movqe.Az xəbər verir ki, Azərbaycan hərbsinə itki üz verib. Ehtiyatda olan polkovnik İldırım Məmmədov ötən gecə dünyasını dəyişib.  Artıq onun cənazəsi doğulduğu Tərtər rayonunun, Qapanlı kəndinə aparılıb.

Qeyd edək ki, İldırım Teymur oğlu Məmmədov 1951-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 1970-71-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-75-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb. 1975-ci ildən 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib. 1984-88-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. 4 alayda komandir müavin olub. 1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb.2007-ci ildən bu günə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru idi. Mərhumun 6 uşağı var.

Allah rəhmət eləsin!